» » » Azərbaycan komandası futzal üzrə dünya çempionatında İspaniyaya məğlub olub

Azərbaycan komandası futzal üzrə dünya çempionatında İspaniyaya məğlub olub

Azərbaycan komandası futzal üzrə dünya çempionatında İspaniyaya məğlub olub
Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ikinci oyununu keçirib.

ucarliyiq.biz - in məlumatına görə, F qrupunda yer alan millinin rəqibi Avropa çempionu İspaniya olub.

Komandamız Kolumbiyanın Medellin şəhərindəki "Coliseo İvan de Bedout" idman kompleksində təşkil olunmuş qarşılaşmanı 4:2 hesablı məğlubiyyətlə tərk edib.

Xatirladaq ki, F qrupundakı ilk görüşdə Azərbaycan Mərakeş yığmasına 5:0, İspaniya İrana 5:1 hesabı ilə qalib gəlmişdi. Millimiz qrup mərhələsindəki son oyununu İran yığmasına qarşı keçirəcək.

Dünya çempionatı, qrup oyunları

03:00. Azərbaycan 2-4 İspaniya

Baş hakim: Alessandro Malfer (İtaliya)

Hakimlər: Ondrey Kerni (Çexiya), Paskal Lemal (Belçika)

Medellin. "Coliseo İvan de Bedout" idman kompleksi