» » » UEFA Bakıda vurulmuş ən erkən qolun dəqiq vaxtını açıqlayıb

UEFA Bakıda vurulmuş ən erkən qolun dəqiq vaxtını açıqlayıb

UEFA Bakıda vurulmuş ən erkən qolun dəqiq vaxtını açıqlayıb
UEFA "Qarabağ"la Çexiya "Slovan"ı arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin ilk tur matçındakı erkən qolun dəqiq vaxtını qeydə alıb.

ucarliyiq.biz - in məlumatına görə, Avropa futbol qurumu qonaq komandanın futbolçusu Yan Sikoranın endirdiyi zərbəsinin 10.69-cu saniyədə tora daxil olduğunu açıqlayıb.

Bu, Avroliqada ən erkən qol olub. Əvvəlki rekord 2015-ci il martın 12-də "Vilyarreal"la görüşdə fərqlənmiş "Sevilya"nın futbolçusu Vitoloya məxsus idi.

Avropa Liqasının ən erkən qolları:

10.69 Yan Sikora ("Qarabağ" - "Slovan" - 2:2) 15/09/2016

13.21 Vitolo ("Vilyarreal" - "Sevilya" - 1:3) 12/03/2015

15.19 İsmael Blanko (AEK - BATE - 2:2) 05/11/2009

16.88 Keyta Balde ("Ludoqorets" - "Latsio" - 3:3) 27/02/2014

18.18 Xuan Mata ("Valensiya" - "Brügge" - 3:0) 25/02/2010

19.19 Serxio Aquero ("Mançester Siti" - "Porto" - 4:0) 22/02/2012