» » » Azərbaycan voleybol millisi "Boris Yeltsin Kuboku"ndan maliyyə problemlərinə görə imtina edib

Azərbaycan voleybol millisi "Boris Yeltsin Kuboku"ndan maliyyə problemlərinə görə imtina edib

Azərbaycan voleybol millisi "Boris Yeltsin Kuboku"ndan maliyyə problemlərinə görə imtina edib
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək "Boris Yeltsin Kuboku"ndan imtinasının səbəbi müəyyənləşib. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, qərar maliyyə problemləri ilə əlaqdar verilib.

Federasiyadan bildirilib ki, milli komanda bu turnirə qatılmasa da, 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında və Avropa çempionatında, eləcə də dünya Qran-prisində iştirak edə biləcək.

Qeyd edək ki, "Boris Yeltsin Kuboku" 19 - 21 sentyabrda keçiriləcək. Turnirdə İsveçrə, Rusiya, Türkiyə yığmaları və Azərbaycanın əvəzinə yarışa qatılan Krasnodar "Dinamo"su mübarizə aparacaq. Yarış "Uraloçka" voleybol klubunun 50 illik yubileyinə həsr olunub.