» » » "Neftçi"nin yeni baş məşqçisi köməkçilərindən ikisini açıqlayıb

"Neftçi"nin yeni baş məşqçisi köməkçilərindən ikisini açıqlayıb

"Neftçi"nin yeni baş məşqçisi köməkçilərindən ikisini açıqlayıb
"Neftçi" futbol komandasının yeni baş məşqçisi Elxan Abdullayev köməkçilərindən ikisini müəyyənləşdirib. Bu barədə ucarliyiq.biza yaşlı mütəxəssisin özü açıqlama verib.

O, "İnter"lə Azərbaycan Premyer Liqasının V tur matçına komandanı İqor Getman və qapıçılarla işləyən məşqçi Dmitri Kramarenko ilə birgə hazırlaşdıracağını bildirib. 46 yaşlı mütəxəssis məşqçilər korpusunun tam tərkibinin gələn həftə müəyyənləşəcəyini vurğulayıb.

Qeyd edək ki, İqor Getman bunadək "Neftçi"nin U-19 komandasının məşqçisi olub. Dmitri Kramarenko isə əvvəlki baş məşqçilərlə də birgə çalışıb. "İnter"lə görüş sentyabrın 18-də "İnter Arena"da olacaq.