» » » Türkiyəli azarkeşlər Ukraynada döyülüb

Türkiyəli azarkeşlər Ukraynada döyülüb

Türkiyəli azarkeşlər Ukraynada döyülüb
Türkiyənin "Fənərbağça" klubunun azarkeşləri Avropa Liqasının qrup mərhələsində Ukrayna "Zarya"sı ilə baş tutmuş görüşdən əvvəl döyülüb.

ucarliyiq.biz - in məlumatına görə, hadisə Odessada baş verib.

Türkiyəli azarkeşlərin olduğu restorana xeyli sayda maskalı şəxslər daxil olub. Onlar bir azarkeşin üzərinə benzin töküb yandırmaq istəyiblər. Lakin alışqanın işə düşməməsi faciəni əngəlləyib. Buna baxmayaraq, qonaq azarkeşlər döyülüb və ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qarşıdurmalar türkiyəli azarkeşlərin olduğu Ukraynanın digər bölgələrində də yaşanıb. Hadisədən sonra polis 3 yerli azarkeşi saxlayıb.

Qeyd edək ki, "Zarya" - "Fənərbağça" oyunu 1:1 hesabı ilə yekunlaşıb.