» » » AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edəcək

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edəcək

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edəcək
Sentyabrın 21-dən Maltanın Sent Culians şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə "Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play"i mövzusunda seminar keçiriləcək.

ucarliyiq.biz - in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA-nın üzvlərindən əlavə, Avropa futbol təşkilatının dəvəti ilə digər Konfederasiyaların (AFC, CONMEBOL, CONCACAF) nümayəndələri də tədbirə qatılacaqlar.

Azərbaycan AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, lisenziyalaşdırma üzrə ekspertlər Bəhram Dadaşov və Anar Kazımlı təmsil edəcək.

Seminarda müzakirə olanacaq məsələlər bunlardır:

Ötən lisenziyalaşdırma mövsümünün icmalı

- 2016-cı il üzrə Lisenziyalaşdırma üzrə qəbul olunmuş qərarlar və müvafiq nəticələr

- “3 illik üzvlük qaydası” və xüsusi icazənin tətbiq olunması

- UEFA-nın Lisenziyalaşdırma üzrə statistik hesabatının təqdimatı

Lisenziyalaşdırma sisteminin və meyarların müzakirəsi

- FİFA-nın Klubların Lisenziyalaşdırılması üzrə qaydalarında baş verəcək dəyişikliklərin müzakirəsi

- Gələcək 2018-2021-cı il dövründə UEFA-nın yarışlarında tətbiq olunacaq dəyişikliklərin Lisenziyalaşdırma və Maliyyə "Fair Play"i sisteminə potensial təsiri

- Qadın futbolunun inkişafında Lisenziyalaşdırma sisteminin vacibliyi

- Gənclər Futbolunun İnkişafı Proqramının qiymətləndirilməsi və Futbol Akademiyalarının inkişafı

- Klubların azarkeşlərlə əlaqələndirici şəxslərinin fəaliyyəti ilə bağlı müzakirələr

- Klubların əlil azarkeşlərlə əlaqələndirici şəxslərinin fəaliyyəti ilə bağlı müzakirələr

- Malta Futbol Assosiasiyası tərəfindən tətbiq olunan lisenziyalaşdırma sisteminin icmalı

Maliyyə "Fair Play"i

- 2015-16-cı illər ərzində Maliyyə “Fair Play”i üzrə klublarda aparılan monitorinqlər və onların nəticələri

- Klublara Maliyyə Nəzarəti Orqanının (Club Financial Control Body (CFCB) fəaliyyəti

UEFA-nın və federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər və müzakirələr

Seminar sentyabrın 23-də başa çatacaq.