» » » Araz Abdullayev: "Komanda şəklində toparlanıb, qələbə qazanmağa çalışacağıq"

Araz Abdullayev: "Komanda şəklində toparlanıb, qələbə qazanmağa çalışacağıq"

Araz Abdullayev: "Komanda şəklində toparlanıb, qələbə qazanmağa çalışacağıq"
"Çempionata yaxşı başlaya bilməsək də, qarşıda oyunlarımız var. Çalışacağıq ki, komanda şəklində toparlanaq və bu vəziyyətdən çıxaq".

ucarliyiq.biz - in məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Araz Abdullayev bugünkü məşq zamanı komandanın uğursuz çıxışından danışarkən deyib.

Kapitan "Qəbələ"yə 0:8 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından fərqli olaraq, növbəti oyunlarda azarkeşləri sevindirəcəklərinə komanda adından söz verib: "Qəbələ" ilə oyunda da heç nə alınmadı. Komanda şəklində çox zəif çıxış etdik. İnanıram ki, qarşıdakı oyunlarda yaxşı nəticə qazanıb azarkeşlərimizi sevindirəcəyik".

Qeyd edək ki, "Neftçi" 4 turdan sonra 3 xalla 7-ci pillədə qərarlaşıb.