» » » UEFA Çempionlar Liqasının oyunu ilə bağlı araşdırmaya başlayıb

UEFA Çempionlar Liqasının oyunu ilə bağlı araşdırmaya başlayıb

UEFA Çempionlar Liqasının oyunu ilə bağlı araşdırmaya başlayıb
Çempionlar Liqasında F qrupunun "Legiya" (Polşa) - "Borussiya" (Dortmund, Almaniya) oyunu ilə bağlı UEFA tərəfindən araşdırma başladılıb.

ucarliyiq.biz - in məlumatına görə, səbəb yerli azarkeşlərin davranışı olub.

Avropa futbol qurumunun açıqlamasında tribunalarda insidentlərin baş verdiyi, priotexniki vasitələrdən istifadə edildiyi, meydana kənar əşyalar atıldığı, irqçi şüarların səsləndiyi və təhlükəsizliyin lazımi səviyyədə təşkil olunmadığı bildirilib.

Matçın 17-ci dəqiqəsində Dortmund təmsilçisi 3:0 hesabı ilə öndə olarkən yerli fanatlarla təhlükəsizlik xidmətinin əməkdaşları arasında insident yaşanıb.

Qeyd edək ki, qarşılaşma "Borussiya"nın 6:0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda Dortmund təmsilçisi İspaniya "Real Madrid"i ilə birgə 3 xalla 1-2-ci pillələri bölüşür. Portuqaliya "Sportinq"i və "Legiya"nın aktivində xal yoxdur.