» » » Futbol komandasına məxsus butslar və əlcəklər oğurlanıb

Futbol komandasına məxsus butslar və əlcəklər oğurlanıb

Futbol komandasına məxsus butslar və əlcəklər oğurlanıb
Kiprin "Nea Salamina" klubunun futbolçularına aid bütün butslar və qapıçıların əlcəkləri oğurlanıb.

ucarliyiq.biz - in məlumatına görə, hadisə bu gün baş verib.

Klub rəhbərləri komandanın ev oyunları keçirdiyi Larnaka şəhərindəki "Ammohostos Stadionu"nun paltardəyişmə otağından 70 cüt buts və 4 cüt əlcəyin oğurlandığını bildirib. Butsların bir cütünün qiyməti 200 avro, əlcəklər isə 100 avrodur. Kluba dəyən ümumi zərər 14,4 min avrodur.

Polis oğruların paltardəyişmə otağının pəncərəsindən içəri daxil olduqlarını ehtimal edir.

Xatırladaq ki, "Nea Salamina" sentyabrn 18-də "Aris"i qəbul edəcək. Klub rəsmiləri futbolçuların meydançaya necə çıxacağı ilə bağlı heç bir məlumat verməyib.