» » » FİFA 2006-2015-ci illər ərzində 905 halda müsbət nəticə vermiş dopinq-test müəyyən edib

FİFA 2006-2015-ci illər ərzində 905 halda müsbət nəticə vermiş dopinq-test müəyyən edib

FİFA 2006-2015-ci illər ərzində 905 halda müsbət nəticə vermiş dopinq-test müəyyən edib
2006-2015-ci illər ərzində Beynəlxalq Futbol Federasiyası 905 halda müsbət nəticə vermiş dopinq-test müəyyən edib.

ucarliyiq.biz - in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə idmanda etika məsələlərinə dair keçirilmiş sammitdə təşkilatın Tibb departamentinin rəhbəri İrji Dvorjak deyib.

"Dünya çempionatı keçirilən zaman FİFA-nın dopinqə qarşı işlərin aparılması məqsədilə büdcəsi ildə 1,5 mln. dollar təşkil edir. Dünya çempionatı keçirilməyəndə isə bu məqsəd üçün təşkil olunan tədbirlərə ayrılan illik büdcənin məbləği 1 mln. dollar təşkil edir", - deyə İ.Dvorjak bildirib.

FİFA-nın idmanda etika məsələlərinə dair ikinci beynəlxalq sammiti sentyabrın 16-da təşkilatın Sürixdə fəaliyyət göstərən mənzil-qərargahında keçirilir.