» » » "Mançester Siti", "Borussiya" və "Valensiya"nın skautları "Qəbələ"nin oyununu izləyib

"Mançester Siti", "Borussiya" və "Valensiya"nın skautları "Qəbələ"nin oyununu izləyib

"Mançester Siti", "Borussiya" və "Valensiya"nın skautları "Qəbələ"nin oyununu izləyib
Avropa Liqasının qrup mərhələsində Belçika "Anderlext"i və "Qəbələ" arasında Brüsseldə keçirilmiş oyun Avropa klublarının diqqətindən kənarda qalmayıb.

ucarliyiq.biz - in məlumatına görə, İngiltərənin "Mançester Siti", "Nyukasl", Almaniyanın "Borussiya" (Dortmund) və İspaniyanın "Valensiya" klublarının skautları matçı Konstant Vanden Stok Stadionundan canlı izləyib.

Yerli mətbuat skautların "Anderlext"in heyətində çıxış edən bir neçə futbolçunu izləmək üçün gəldiklərini bildirib.

Qeyd edək ki, sentyabrın 15-də baş tutmuş görüşdə "Anderlext" 3:1 hesab ilə qələbə qazanıb.