» » » 19 yaşadək qızlardan ibarət Azərbaycan millisi İspaniyaya məğlub olub

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi İspaniyaya məğlub olub

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi İspaniyaya məğlub olub
Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması AÇ-2017-nin seçmə mərhələsində İspaniyadan olan həmyaşıdları ilə qarşılaşıb.

ucarliyiq.biz - in məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan görüş millinin 0:7 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

8-ci qrupun oyunlarına ev sahibliyi edən Azərbaycan ikinci dəfə məğlubiyyətlə üzləşib. Yığma komanda ilk görüşdə Ukraynaya 1:2 hesabı ilə uduzub.

Qrupa 2 oyundan 6 xal toplayan İspaniya yığması rəhbərlik edir. İkinci pillədə isə 3 xalla Ukrayna qərarlaşıb. Azərbaycan və Latviya yığmalarının aktivində isə xal yoxdur.

Qeyd edək ki, qızlardan ibarət milli komanda sonuncu oyununu sentyabrın 20-də Latviyaya qarşı keçirəcək. "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.



Komandalar



Oyun



Qələbə



Bərabərlik



Məğlubiyyət



Top fərqi



Xal



İspaniya



2



2



0



0



25



6



Ukrayna



1



1



0



0



1



3



Azərbaycan



2



0



0



2



- 8



0



Latviya



1



0



0



1



- 18



0