» » » "Neftçi"nin baş məşqçisinin daha bir köməkçisi müəyyənləşib

"Neftçi"nin baş məşqçisinin daha bir köməkçisi müəyyənləşib

"Neftçi"nin baş məşqçisinin daha bir köməkçisi müəyyənləşib
"Neftçi" klubunun yeni baş məşqçisi Elxan Abdullayevin bütün köməkçiləri müəyyənləşib.

ucarliyiq.biz - in klubun saytına istinadən verdiyi məlumata görə, fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə isə Andrey Kolesnikov təyin olunub.

Andrey Kolesnikov Ukraynanın "Metallurq” (Donetsk), "Krivbass” və "İliçevets” klubları ilə yanaşı, "Kəpəz”, "İnter” və AZAL-da da çalışıb. Təcrübəli mütəxəssis hazırda Azərbaycan milli komandasının fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini yerinə yetirir.

Sentyabrın 16-da E.Abdullayev ucarliyiq.biza açıqlamasında digər iki məşqçinin - əsas komandada məşqçi vəzifəsində çalışacaq İqor Getman və qapıçılarla işləyəcək Dmitri Kramarenkonun adını açıqlayıb.

Baş məşqçinin daha bir köməkçisinin adına gələn həftə aydınlıq gələcək.