» » » İtaliyalı futbolçu qadını cinayətkarın hücumundan xilas edib

İtaliyalı futbolçu qadını cinayətkarın hücumundan xilas edib

İtaliyalı futbolçu qadını cinayətkarın hücumundan xilas edib
İtaliyanın "Kyevo" futbol klubunun hücumçusu Rikkardo Mecorini qadını cinayətkarın hücumundan xilas edib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə "Football Italia" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə gecə saatlarında baş verib. Küçədən gələn səs-küyə yuxudan oyanan R.Mecorini Veronadakı evinin qarşısında qadının döyüldüyünü və onun paltarının cırıldığını görüb. Belədə 31 yaşlı futbolçu çölə çıxaraq xuliqanı zərərsizləşdirib və polis gələnə qədər onu saxlayıb.

Qeyd edək ki, R.Mecorini "İnter" klubunun yetirməsidir və heç vaxt İtaliyadan kənarda oynamayıb. O, 2014-cü ildən "Kyevo"nun şərəfini qoruyur və cari mövsümdə klubun heyətində 4 oyuna çıxaraq 1 qolla yadda qalıb.