» » » Azərbaycan parataekvandoçuları Polşada 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb

Azərbaycan parataekvandoçuları Polşada 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb

Azərbaycan parataekvandoçuları Polşada 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb
Polşanın paytaxtı Varşava şəhərində parataekvando üzrə 5-ci Avropa çempionatı başa çatıb.

Azərbaycanın Polşadakı səfirliyindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə ötən gün keçirilən qitə birinciliyndə idmançılarımız 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.

Millimizin heyətində Aleksandr Poluşuk (+75 kq., K 42) və Nicat Müslümov (-75 kq., K 42) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər para-taekvandoçularımız Xəzər Mirzəyev (-75 kq., K 43), Şəhmir İbadov (-61 kg., K 42, Röyalə Fətəliyevaya (-58 kq., K 44) qitə birinciliyinin gümüş, Namiq Abbasov (-61 kq., K 43), Aynur Məmmədova (+58 kq., K 44), Əbülfəz Abuzərli (-75 kq., K 44), Anar Hüseynov (-61 kq., K 41) bürünc medallarına sahib olublar.

Nəticədə millilərimiz kişilər arasında 2-ci, ümumi komanda hesabında isə 3-cü yeri tutublar. Milli komandamız bu gün Vətənə geri dönəcək. Avropa Çempionatında milli komandamızı 4 kateqoriyada 11 idmançı təmsil edib. Nicat Müslimov isə Avropa çempionatının ən yaxşı kişi idmançısı seçilib.

Qeyd edək ki, qitə birinciliyinə 32 ölkədən 120-dən çox idmançı qatılıb.