» » » Zaur Svanadze: "Neftçi" yaxşı komandadır və məncə 0:8 hesablı məğlubiyyət təsadüf idi" - MÜSAHİBƏ

Zaur Svanadze: "Neftçi" yaxşı komandadır və məncə 0:8 hesablı məğlubiyyət təsadüf idi" - MÜSAHİBƏ

Zaur Svanadze: "Neftçi" yaxşı komandadır və məncə 0:8 hesablı məğlubiyyət təsadüf idi" - MÜSAHİBƏ
"Çox çətin oyun oldu. Bilirdik ki, "Neftçi" böyükhesablı məğlubiyyətdən sonra toparlanacaq. Rəqib bütün komanda ilə hücum edirdi".

ucarliyiq.biz - in məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının V turunda "Neftçi" ilə keçirilən oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Gürcü mütəxəssis oyun haqda bunları bildirib:

"İlk hissədə komandada nəsə eniş oldu. Ancaq son 20-25 dəqiqədə toparlandı. Bundan sonra qalib gəldik. "Neftçi" yaxşı komandadır və düşünürəm ki, həmin 0:8 hesablı məğlubiyyət təsadüf idi".

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Neftçi"nin yaxşı komanda olduğunu bildirdiniz. Düşünmürsünüz ki, "İnter" qola qədər oynamırdı...

- Bəli elədir. Mən fasilədə də futbolçularla bunu danışdım.

Rəqibi oyundan öncə təhlil edəndə ola bilər ki, futbolçular "Neftçi"ni düzgün qiymətləndirməmişdi?

- "Neftçi" ilə oyundan öncə 0:8 hesablı oyunu təhlil etməmişdik.

Ruslan Abışov və Nizami Hacıyevi niyə sonradan oyuna daxil etdiniz?

- Onlar sadəcə olaraq hazır deyildi. Bu gün səhər İlkin Qırtımov mənə ayağında ağrısının olduğunu dedi və bu səbəbən o da ehtiyat oyunçular skamyasında əyləşməli oldu.

Penalti epizodunu necə dəyərləndirirsiniz?

- Penalti epizodunu görməmişəm. Bu səbəbdən nəsə deyə bilmərəm.

Məğlubiyyətə baxmayaraq, "Neftçi"nin yaxşı komanda olduğunu qeyd etdiniz. Hansı keyfiyyətlərinə görə?

- Orada yaxşı futbolçular var.

Pərdisi vəziyyətdən asılı olaraq meydana buraxırsınız. Demək olar ki, ona xilasedici gözü ilə baxırsınız?

- "Qarabağ"la, "Sumqayıt"la oyunda xilasedici qollar vurub. Qarşıdakı oyunlarda onun start heyətində meydana buraxılması barədə düşünmək olar.

Rauf Əliyevin ikinci qol sevinci uzun çəkdi. Orada zədə almışdı, ya nəsə baş verdi?

- Zədə yox idi. Sadəcə uzun müddət idi qol vura bilmirdi. Bu səbəbdən bir az uzun çəkdi. Onun oyununun uzun müddətdir alınmadığını bilirdik. Sadəcə futbolçuya dəstək lazımdır və nəticəsini də gördük.