» » » Seyid Naziməlşarieh: "Azərbaycanla oyunun axarını öz xeyrimizə dəyişməyi bacarmadıq"

Seyid Naziməlşarieh: "Azərbaycanla oyunun axarını öz xeyrimizə dəyişməyi bacarmadıq"

Seyid Naziməlşarieh: "Azərbaycanla oyunun axarını öz xeyrimizə dəyişməyi bacarmadıq"
Azərbaycan yığması ilə oyunun axarını öz xeyrimizə dəyişməyi bacarmadıq.

ucarliyiq.biz AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycanla qrup oyunu matçından sonra İran millisinin baş məşqçisi Seyid Naziməlşarieh deyib.

“Düşünürəm ki, fərqli və bir o qədər də çətin oldu. Əlbəttə, qələbə qazanmaq və qrup mərhələsini ikinci pillədə başa vurmaq istəyirdik. Qalib gələcəyimizi inanırdıq. Bunun üçün meydana beşinci oyunçunu da buraxdıq. Erkən qollar vursaq da, çoxsaylı şanslarımız olsa da, hesabı qoruya bilmədik. Artıq növbəti oyuna yaxşı hazırlaşmaq barədə düşünməliyik. Bu gün futzal adına yaxşı oyunun şahidi olduq”, - deyə o bildirib.