» » » Azərbaycan Premyer Liqasında təxirə salınmış oyunun vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqasında təxirə salınmış oyunun vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqasında təxirə salınmış oyunun vaxtı açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Qəbələ” – “Sumqayıt” görüşünün tarixi və başlanma vaxtı müəyyənləşib.

ucarliyiq.biz - in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş sentyabrın 22-də keçiriləcək.

Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da çalınacaq. Oyun CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu matç avqustun 21-də keçirilməli idi. Lakin “Qəbələ”nin Avropa Liqasında uğurlu çıxışı və Azərbaycanı qrup mərhələsində təmsil etmək perspektivini nəzərə alan PFL “Sumqayıt” klubunun razılığına əsasən oyunu təxirə salıb.