» » » Jurnalistlər Azərbaycan klubunun baş məşqçisini boykot edib

Jurnalistlər Azərbaycan klubunun baş məşqçisini boykot edib

Jurnalistlər Azərbaycan klubunun baş məşqçisini boykot edib
"Komandamız mübarizə apardı. Çalışdıq ki, 3 xal qazanaq. Amma bəzi futbolçularımız diqqətsizlik etdilər”.

ucarliyiq.biz - in məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Adil Şükürov "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.

Komandasının pis oynamadığını iddia edən gənc mütəxəssis bu görüşü unudub, gələn matça hazırlaşmalarının gərəkliyini dilə gətirib.

Qeyd edək ki, Adil Şükürov mətbuat konfransına gec gəlib. Bunu jurnalistlər özlərinə hörmətsizlik kimi qəbul edərək, ona heç bir sual ünvanlamayıb.