» » » Qurban Qurbanov: "Hər bir oyun bizim üçün vacibdir"

Qurban Qurbanov: "Hər bir oyun bizim üçün vacibdir"

Qurban Qurbanov: "Hər bir oyun bizim üçün vacibdir"
“Hər bir oyun bizim üçün vacibdir. Heyətdə dəyişikliklər etsək də, qələbə üçün oynadıq. Ümumən pis alınmadı. Sonluğa baxanda 2:0 hesablı qələbə yaxşı nəticədir. Oyun düşündüyümüz kimi alındı. “Slovan”la matçdan sonra bəzi futbolçularımızın mikrozədələri var idi. Buna görə də, risk etmək istəmədim. Meydana çıxan oyunçulardan da tam razı qaldım”.

ucarliyiq.biz - in məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra 44 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

Bədavi Hüseynovun zədəsi nə yerdədi?

- Fərdi məşqlərə başlayıb. Ya sabah, ya birisigün kollektivlə birgə məşqlərə qoşulacaq. “Kəpəz”lə oyuna hazır olacaq. Həmin görüşdə 90 dəqiqə oynayıb-oynamayacağını bilmirəm.

Qara Qarayevi bu gün müdafiənin mərkəzində oynatdınız. Həmin mövqedə necə təsir bağışladı?

- Qaranı bəzi yoxlama görüşlərində o mövqedə yoxlamışıq. Orda da oynamaq gücündədir. Müdafiənin mərkəzi Qara üçün tanışdır. Bəzən məşqlərdə, ikitərəfli oyunda da onu bu mövqedə yoxlayırıq.

Bu görüşdə dubl edən Rahid Əmirquliyev əvvəlki oyununu tam bərpa edibmi?

- Rahid çoxdan hazırdır. Artıq neçə oyundur ki, çempionatda əsas heyətdə meydana çıxır. Sadəcə, bəzi nüanslar var ki, hər dəfə meydana buraxa bilmirəm. Çoxdan hazırdır. Tam öz oyununu bərpa etməsi üçün oyun təcrübəsi lazımdır.