» » » AFFA "Zirə"nin baş məşqçisinə xəbərdarlıq edib

AFFA "Zirə"nin baş məşqçisinə xəbərdarlıq edib

AFFA "Zirə"nin baş məşqçisinə xəbərdarlıq edib
AFFA-nın İntizam Komitəsi "Zirə" klubunun baş məşqçisi Adil Şükürova xəbərdarlıq edib. ucarliyiq.biz - in qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, xəbərdarlıq mütəxəssisin Azərbaycan Premyer Liqasının V turunda "Qarabağ"la baş tutan səfər görüşündən sonra mətbuat konfransına gecikməsi ilə əlaqədardır.

Analoji hal yenidən təkrarlanacağı təqdirdə, o, daha ağır cəzaya məruz qalacaq.

Qeyd edək ki, həmin görüş "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.