» » » "Qəbələ"nin hücumçusu ən məhsuldar fransalı futbolçular siyahısına düşüb

"Qəbələ"nin hücumçusu ən məhsuldar fransalı futbolçular siyahısına düşüb

"Qəbələ"nin hücumçusu ən məhsuldar fransalı futbolçular siyahısına düşüb
"Qəbələ" klubunun hücumçusu Baqali Dabo, çıxış etdikləri ölkə çempionatlarında ən çox qol vuran fransalı futbolçular siyahısında yer alıb. ucarliyiq.biz - in məlumatına görə, Azərbaycan Premyer Liqasında 4 oyuna çıxan 28 yaşlı hücumçu eyni sayda fərqlənməyi bacarıb.

Bu göstərici ilə Dabo yalnız "Lion-in üzvü Aleksandr Lyakazettdən geri qalır. 25 yaşlı forvard 4 oyuna 6 qol vurub. O, İspaniya "Atletiko"sunun hücumçusu və 2016-cı il Avropa çempionatının 6 qolla bombardiri olmuş Antuan Qrizmannla birgə 2-3-cü yerləri bölüşür.

Başqa ölkələrin çempionatlarında çıxış edən və ən çox qol vuran fransalı futbolçuların ilk onluğu:

1. Aleksandr Lyakazett ("Lion", Fransa) - 4 oyunda 6 qol

2. Baqali Dabo ("Qəbələ", Azərbaycan) - 3 oyunda 4 qol

2. Antuan Qrizmann ("Atletiko", İspaniya) - 3 oyunda 4 qol

4. Etyen Kapu ("Uotford", İngiltərə) - 5 oyunda 4 qol

4. Qiyom Oaro ("Yanq Boyz", İsveçrə) - 5 oyunda 4 qol

6. Sebastyen Aaller ("Utrext", Hollandiya) - 6 oyunda 4 qol

7. Arlem-Eddi Qnoere ("Dinamo" Buxarest, Rumıniya) - 7 oyunda 4 qol

8. Entoni Modeste ("Köln", Almaniya) - 3 oyunda 3 qol

9. Mussa Dembele ("Seltik", Şotlandiya) - 5 oyunda 3 qol

10. Jeremi Perbe ("Gent", Belçika) - 6 oyunda 3 qol

Qeyd edək ki, Baqali Dabo Premyer Liqanın ilk turunda "Kəpəz"ə 1, IV turda isə "Neftçi"yə 3 qol vurub.