» » » Referendumla əlaqədar sentyabrın 26-da Azərbaycanda futbol matçı keçirilməyəcək

Referendumla əlaqədar sentyabrın 26-da Azərbaycanda futbol matçı keçirilməyəcək

Referendumla əlaqədar sentyabrın 26-da Azərbaycanda futbol matçı keçirilməyəcək
Bakı. 20 sentyabr.REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli müəyyənləşib. ucarliyiq.biz - in məlumatına görə, tura sentyabrın 24-də AZAL və "İnter" arasında keçiriləcək paytaxt derbisi ilə start veriləcək.

Ertəsi gün Gəncədə "Kəpəz"lə "Qarabağ", Bakıda isə "Zirə" ilə "Qəbələ" komandaları üz-üzə gələcək.

Sentyabrın 26-da Azərbaycanda Ümumxalq referendumu günü olduğundan, heç bir oyunun keçirilməməsi qərara alınıb. Turun son qarşılaşması - "Neftçi" - "Sumqayıt" görüşü isə sentyabrın 27-də olacaq.

Bütün oyunlar CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.


24 sentyabr (şənbə)

16:00. AZAL – “İnter”
Şüvəlan qəsəbəsi, “AZAL Arena”

25 sentyabr (bazar)

15:30. “Kəpəz” – “Qarabağ”
Gəncə şəhər stadionu

18:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu

27 sentyabr (çərşənbə axşamı)

19:00. “Neftçi” – “Sumqayıt”
Masazır qəsəbəsi, “Əlincə Arena”