» » » Koreya səfiri Qubada taekvondoçuları mükafatlandıracaq

Koreya səfiri Qubada taekvondoçuları mükafatlandıracaq

Koreya səfiri Qubada taekvondoçuları mükafatlandıracaq
Oktyabrın 1-də Quba Olimpiya İdman Kompleksində taekvondo üzrə "Koreya Səfiri" Kubokuna start veriləcək. Azərbaycan Taekvondo Federasiyasından ucarliyiq.biza verilən məlumata görə, iki gün davam edəcək turnirə Azərbaycanın yeniyetmə taekvondoçuları qatılacaq.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çan Qyu da yarışı izləyənlər arasında olacaq. Tədbirin açılış və bağlanış mərasimləri oktyabrın 2-də nəzərdə tutulub.

Qaliblərə mükafatı səfirin özü təqdim edəcək.

Qeyd edək ki, Koreya taekvondonun vətəni kimi tanınır.