» » » "Sent-Etyen"in baş məşqçisi: "Bizim meydança göbələk xəstəliyinə tutulub"

"Sent-Etyen"in baş məşqçisi: "Bizim meydança göbələk xəstəliyinə tutulub"

"Sent-Etyen"in baş məşqçisi: "Bizim meydança göbələk xəstəliyinə tutulub"
Avropa Liqasında "Qəbələ" ilə C qrupunda yer alan Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye ev oyunlarını keçirdikləri "Joffrua Qişar" stadionunun ot örtüyündən narazıdır. ucarliyiq.biz - in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, fransalı mütəxəssis meydança ilə bağlı narazılığını bildirib.

O, hazırda ot örtüyünün bərpa olunması üçün işin getdiyini deyib: "Ötən bazar günü yaxşı meydança arzusunda idim. Stadionun texniki işçilərinin izahatını dinlədim. "Bavariya"nın ev oyununu televiziya vasitəsilə izləmişəm. Onların da meydançası bərbad idi. Ancaq onların büdcəsi bizdən dəfələrlə çoxdur. Bizim meydança isə göbələk xəstəliyinə tutulub. Hazırda texniki heyət stadionun qazonunu bərpa etmək üçün əlindən gələni edir".

Qeyd edək ki, C qrupunda "Qəbələ" və "Sent-Etyen"lə yanaşı, Almaniyanın "Maynts" və Belçikanın "Anderlext" komandaları da yer alıb. "Qırmızı-qaralar" oktyabrın 20-də Fransada, noyabrın 3-də isə Bakıda "Sent-Etyen"lə qarşılaşacaq.