» » » Azərbaycan millisi Türkiyədə 3 yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Türkiyədə 3 yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Türkiyədə 3 yoldaşlıq oyunu keçirəcək
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası Türkiyənin "Altınordu" klubunun "Selçuk-Efes" bazasında toplanışdadır. ucarliyiq.biz - in məlumatına görə, sentyabrın 19-dan start götürən toplanış çərçivəsində 3 yoldaşlıq görüşü keçiriləcək.

Bu gün baş tutacaq ilk oyunda rəqib Türkiyə I liqasında çıxış edən İzmir təmsilçisinin U-17 komandası olacaq. Digər yoldaşlıq görüşləri isə 24 və 28 sentyabrda keçiriləcək. Lakin bu dəfəki rəqiblərin "Altınordu"nun hansı yaş qrupu olacağı dəqiqləşməyib.

Qeyd edək ki, yığma sentyabrın 29-dək toplanışı davam etdirəcək.