» » » Azərbaycan Premyer Liqasında paytaxt derbisinin baş hakimi müəyyənləşib

Azərbaycan Premyer Liqasında paytaxt derbisinin baş hakimi müəyyənləşib

Azərbaycan Premyer Liqasında paytaxt derbisinin baş hakimi müəyyənləşib
Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda keçiriləcək oyunlara hakim təyinatları açıqlanıb. ucarliyiq.biz - in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, AZAL-la "İnter" arasında sentyabrın 24-də keçiriləcək açılış oyunu FİFA referisi Əliyar Ağayevə tapşırılıb.

Ağayev ertəsi gün "Zirə" - "Qəbələ" matçında əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. Bütün oyunlarda 6 hakimin xidmətindən istifadə olunacaq.

Azərbaycan Premyer Liqası

VI turun təyinatları

24 sentyabr (şənbə)

16:00. AZAL – “İnter”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov

"AZAL Arena"


25 sentyabr (bazar)

15:30. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

Gəncə şəhər stadionu


18:00. “Zirə” – “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

19:00. 27 sentyabr (çərşənbə axşamı)

“Neftçi” – “Sumqayıt”

“Əlincə Arena”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev.