» » » Azərbaycan Premyer Liqasının III turunun təxirə salınmış oyunu keçiriləcək

Azərbaycan Premyer Liqasının III turunun təxirə salınmış oyunu keçiriləcək

Azərbaycan Premyer Liqasının III turunun təxirə salınmış oyunu keçiriləcək
Bu gün Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış "Qəbələ" - "Sumqayıt" oyunu keçiriləcək. ucarliyiq.biz - in məlumatına görə, görüş Qəbələ şəhər stadionunda baş tutacaq.

Azərbaycan çempionatları tarixində komandalar 16 dəfə üz-üzə gəlib. Bunların 12-də "Qəbələ", 1-də "Sumqayıt" qələbəyə sevinib, 3 matç isə bərabərliklə yekunlaşıb. "Gənclik şəhəri" təmsilçisi sonuncu dəfə 2013/2014 mövsümündə avqustun 19-da keçirilmiş görüşdə "Qəbələ"ni məğlub edə bilib. Həmin gündən əyalət təmsilçisi 8 qələbə qazanıb və 3 heç-heçə qeydə alınıb. Komandaların bir-birinin qapısına vurduğu toplarda da "Qəbələ" üstün tərəfdir - 32:11.

Bu görüşdə meydan sahibləri qələbə qazanacağı təqdirdə, turnir cədvəlinin birinci pilləsinə yüksələcək. Aktivində 10 xal Roman Qriqorçukun rəhbərlik etdiyi komanda xal ehtiyatını 13-ə çatdıraraq lider "Qarabağ"ı bir xal qabaqlayacaq. Samir Abasovun komandası isə səfər qələbəsi sayəsində 7 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksələcək.

Heç-heçə komandaların mövqeyində dəyişiklik etməyəcək. Nəticədə "Qəbələ" 11 xalla "İnter"lə 2-3-cü yerləri bölüşəcək, "Sumqayıt" 5 xalla 6-cı pillədə olacaq.

Azərbaycan Premyer Liqası, III tur, təxirə salınmış oyun

22 sentyabr

17:00. "Qəbələ" – "Sumqayıt"

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu (CBC Sport)



N



KLUBLAR



O



Q



H



M



T-F



X



1



"Qarabağ"



5



4



0



1



14-2



12



2



"İnter"



5



3



2



0



8-5



11



3



"Qəbələ"



4



3



1



0



13-0



10



4



"Kəpəz"



5



1



3



1



5-5



6



5



"Zirə"



5



2



0



3



4-6



6



6



"Sumqayıt"



4



1



1



2



3-5



4



7



"Neftçi"



5



1



0



4



3-14



3



8



AZAL



5



0



1



4



1-14



1

Bombardirlər:

Baqali Dabo ("Qəbələ") - 4 qol

Ruslan Abışov ("İnter") - 3 qol

Reynaldo Silva ("Qarabağ") - 3 qol

Vaqif Cavadov ("Sumqayıt") - 3 qol

Ruslan Qurbanov ("Qəbələ") - 3 qol