» » » Lionel Messi üç həftə müddətinə sıradan çıxıb

Lionel Messi üç həftə müddətinə sıradan çıxıb

Lionel Messi üç həftə müddətinə sıradan çıxıb
İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi qasıq nahiyəsindən aldığı zədəyə görə üç həftə oynaya bilməyəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Argentinalı futbolçu çərşənbə günü İspaniya çempionatının 5-ci turunda "Atletiko" ilə oyunda (1:1) zədələnib.

Messi bu mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə 8 oyun keçirib və 8 qol vurub.