» » » Futzal üzrə Azərbaycan millisi bu gecə 1/8 final oyununa çıxacaq

Futzal üzrə Azərbaycan millisi bu gecə 1/8 final oyununa çıxacaq

Futzal üzrə Azərbaycan millisi bu gecə 1/8 final oyununa çıxacaq
Bu gecə futzal üzrə Azərbaycan millisi Kolumbiyada keçirilən dünya çempionatında 1/8 final oyununa çıxacaq. ucarliyiq.biz - in məlumatına görə, rəqib Tayland yığması olacaq.

İspaniya, İran və Mərakeş yığmalarının yer aldığı qrupdan ikinci yerin sahibi kimi mərhələ adlayan Azərbaycan Medellin şəhərindəki "Coliseo Ivan de Bedout" idman kompleksində 1/4 finala vəsiqə üçün yarışacaq. Miltinyonun rəhbərlik etdiyi komanda Mərakeşə 5:0 hesabı ilə qalib gəlib, İspaniya ilə oyunda 2:4 hesablı məğlubiyyət alıb və son oyunda İranla bərabərliyə razılaşıb - 3:3.

Tayland da Rusiya, Misir və Kuba futzalçıları ilə qrup mübarizəsində ikinci olaraq, 1/8 finala yüksəlib.

Qalib komanda 1/4 finalda Portuqaliya yığması ilə qarşılaşacaq. Portuqaliya 1/8 finalda Kosta Rika yığması üzərində 4:0 hesablı qələbə qazanıb. Yarımfinalçını müəyyənləşdirəcək qarşılaşma Bakı vaxtı ilə sentyabr 26-da gecə saat 03:00-da olacaq.

Dünya çempionatı, 1/8 final oyunu

02:30. Tayland - Azərbaycan

Medellin. "Coliseo Ivan de Bedout"

Hakimlər: Fernando Qutyerres Lumbreras (İspaniya), Jianqiao Liu (Çin), Reks Kamusu (Solomon adaları).