» » » "Qarabağ"ın zədəli futbolçuları komanda ilə məşqlərə başlayıb

"Qarabağ"ın zədəli futbolçuları komanda ilə məşqlərə başlayıb

"Qarabağ"ın zədəli futbolçuları komanda ilə məşqlərə başlayıb
Azərbaycan Premyer Liqasının V turunda "Zirə" ilə qarşılaşmada zədələnərək matçı yarımçıq tərk edən Muarem Muarem və Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib. ucarliyiq.biz - in məlumatına görə, hər iki futbolçunun zədəsi ciddi deyil.

Yarımmüdafiəçilər dünəndən komanda ilə birgə məşqdə iştirak edir. Digər zədəli futbolçu Bədavi Hüseynov da fərdi məşqləri yekunlaşdırıb. Artıq müdafiəçi kollektivlə çalışmalara başlayıb.