» » » "Neftçi"nin zədəli futbolçularının komandaya qoşulacağı vaxt açıqlanıb

"Neftçi"nin zədəli futbolçularının komandaya qoşulacağı vaxt açıqlanıb

"Neftçi"nin zədəli futbolçularının komandaya qoşulacağı vaxt açıqlanıb
"Neftçi" klubu zədəli futbolçularının son durumu barədə açıqlama yayıb.

ucarliyiq.biz - in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Elşən Abdullayev müalicə və bərpa prosesini Almaniyanın Donauştaf vilayətində davam etdirir. Yekun bərpa müddəti həkim müayinəsindən sonra bəlli olacaq.

Topuğundan zədə almış Murad Ağayev də bərpa prosesi keçir. Yarımmüdafiəçinin 26-27 sentyabrda komanda ilə məşqlərə başlayacağı planlaşdırılır.

Dizində zədəsi olan Aqşin Qurbanlının da eyni vaxtda məşqlərə qoşulacağı gözlənilir.

Topuğundan zədələnən digər futbolçu Orxan Qurbanlının isə bərpa prosesini 27-28 sentyabrda başa vurması nəzərdə tutulub.

Dabanından zədələnmiş Kamran Nəcəfzadə hazırda bərpa prosesi keçir.

Müdafiəçi Vançe Şıkovun topuğunun müalicəsi başa çatıb. Makedoniyalı futbolçu komanda ilə məşqlərdə iştirak edir.