» » » "Qəbələ" klubu son dəqiqə qolları ilə "Sumqayıt"a qalib gəlib

"Qəbələ" klubu son dəqiqə qolları ilə "Sumqayıt"a qalib gəlib

"Qəbələ" klubu son dəqiqə qolları ilə "Sumqayıt"a qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış "Qəbələ" - "Sumqayıt" oyunu keçirilib.

ucarliyiq.biz - in məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Hər iki qol oyunun son dəqiqələrində vurulub. Çempionatın bombardiri Baqali Dabo "dubl" edərək, aktivindəki qolların sayını 6-ya çatdırıb. "Qəbələ" isə 13 xalla liderliyə yüksəlib. Əvəzində Samir Abasovun komandası 4 xalla 6-cı pillədə qalıb.

Azərbaycan Premyer Liqası

III tur, təxirə salınmış oyun

22 sentyabr

17:00. "Qəbələ" – "Sumqayıt" - 2:0

Qollar: Baqali Dabo, 85; 90

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu (CBC Sport)