» » » İlqar Rəhimov: "Azərbaycan paralimpiyaçıları gözəl və məhsuldar çıxış etdi"

İlqar Rəhimov: "Azərbaycan paralimpiyaçıları gözəl və məhsuldar çıxış etdi"

İlqar Rəhimov: "Azərbaycan paralimpiyaçıları gözəl və məhsuldar çıxış etdi"
"Azərbaycan paralimpiyaçıları gözəl və məhsuldar çıxışdan sonra Bakıya qayıdır".

ucarliyiq.biz - in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının çıxışlarını dəyərləndirərkən deyib.

O bildirib ki, 11 medal gərgin mübarizə nəticəsində əldə olunub: "Bu paralimpiadada kifayət qədər ölkə idmançısı çıxış edirdi. Onlar hətta London paralimpiadasında təmsil olunanlardan daha güclü idilər. Braziliyaya 22 idmançı ilə yollanmışdıq. Demək olar ki, paralimpiyaçılarımızın yarısı medal qazandı. Bu səbəbdən nəticəni yüksək dəyərləndirirəm. Bu da onu göstərir ki, 4 illik hazırlıq planı doğru aparılıb".

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Rio-de-Janeyroda 1-i qızıl, 8-i gümüş, 2-si bürünc olmaqla, ümumilikdə 11 medal qazanıblar.