» » » "Barselona" klubu futbolçusu ilə müqavilə müddətini artırıb

"Barselona" klubu futbolçusu ilə müqavilə müddətini artırıb

"Barselona" klubu futbolçusu ilə müqavilə müddətini artırıb
Bakı. 22 sentyabr. RERORT.AZ/ İspaniyanın "Barselona" klubu futbolçu Serxio Busketslə müqavilə müddətini artırıb. ucarliyiq.biz - in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi 2021-ci ilə qədər Kataloniya təmsilçisində çıxış edəcək.

Həmçinin müqavilədə göstərilən müddət başa çatdıqdan sonra sazişin 2023-cü ilə qədər artırıla biləcəyinə dair maddə də yer alıb.

Qeyd edək ki, Serxio Buskets 17 yaşında "Barselona"ya gəlib və 2008-ci ildən əsas komandada çıxış edib. 2013-cü ildə imzalanan müqaviləyə görə, Buskets 2018-ci ilə qədər kataloniyalıların uğuru üçün çalışmalı idi.