» » » Ramil Qasımov: "Qızıl medal qazanmaqla komandamızı və xalqımızı sevindirdim"

Ramil Qasımov: "Qızıl medal qazanmaqla komandamızı və xalqımızı sevindirdim"

Ramil Qasımov: "Qızıl medal qazanmaqla komandamızı və xalqımızı sevindirdim"
Bakı. 22 sentyabr. REPORTZ.AZ/ "Braziliyaya yola düşəndə ancaq qələbə haqqında düşünürdüm. Qızıl medal qazanmaqla komandamızı və xalqımızı sevindirdim. Rəqiblərim çox güclü olduğundan qarşılaşmalar gərgin keçdi. Amma buna baxmayaraq, bütün gücümü toplayıb görüşlərimin hamısında qalib gəldim”.

ucarliyiq.biz - in məlumatına görə, bu fikirləri Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycana yeganə qızıl medalı qazandıran cüdoçu Ramil Qasımov bu gün Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızın qarşılanma mərasimində jurnalistlərə açıqlamasında bildirib.

O, fəxri kürsünün ən yüksək pilləsində yer aldığı üçün özünü xoşbəxt hiss etdiyini söyləyib: "Azərbaycanın dövlət himninin Rioda səsləndirilməsi qürurverici və unudulmaz idi. Həmin anda böyük qürur hissi keçirdim. Bu, sözlə təsvir edilə bilməyən hissdir. Bunun üçün bütün mərhələləri adlayıb, fəxri kürsüyə qalxmaq və o hissləri yaşamaq lazımdır”.