» » » "Kəpəz" futbol klubunda yeni təyinat olub

"Kəpəz" futbol klubunda yeni təyinat olub

"Kəpəz" futbol klubunda yeni təyinat olub
Gəncənin "Kəpəz" futbol klubuna yeni icraçı direktor təyin olunub. ucarliyiq.biz - in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Klubun Müşahidə Şurasının qərarı ilə bu vəzifəyə Cabir İbrahimov gətirilib.

O, səhhəti ilə əlaqədar öz xahişi ilə işdən azad olunmuş Mehman Allahverdiyevi əvəzləyib.

"Kəpəz" M.Allahverdiyevə klubdakı fəaliyyətinə görə təşəkkürünü bildirib.

Cabir İbrahimovun tərcümeyi-halı

Qeyd edək ki, İbrahimov Cabir Qabil oğlu 18 iyun 1985-ci ildə Gəncə şəhərində anadan olub. 2003-cü ildə orta məktəbi bitirib, elə həmin ildə də Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsinə daxil olub. 2007-ci ildə Universiteti bitirib. 2008-2009-cu ildə hərbi xidmətdə olub. 2009-cu ildən Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin Gəncə regional şöbəsində inzibatçı vəzifəsində işləyib.

Uzun illər idmanla məşğul olub. Azərbaycan Respublikasının “İdman Ustasıdır” benc-press (ağırlıq qaldırma) üzrə dəfələrlə Respublika Çempionu və rekortcusu, böyüklər arasında dünya və avropa yarışlarının mükafatçısı olub. 4 yanvar 2016-cı ildən “Kəpəz” Peşəkar Futbol Klubunda İnfrastruktur üzrə mütəxəssis vəzifəsində çalışıb. Ailəlidir, iki uşağı var.