» » » Dünya çempionatının seçmə qrup oyunu neytral stadionda keçiriləcək

Dünya çempionatının seçmə qrup oyunu neytral stadionda keçiriləcək

Dünya çempionatının seçmə qrup oyunu neytral stadionda keçiriləcək
2018-ci il dünya çempionatının Avropa ölkələri üzrə seçmə mərhələsində İ qrupunun Ukrayna - Kosova oyununun yeri müəyyənləşib. ucarliyiq.biz - in Ukrayna Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma Polşanın Krakov şəhərində keçiriləcək.

Ukrayna eyni qrupda mübarizə apardığı Kosovanı tanımadığından, FİFA-ya matçın neytral meydançada keçirilməsi xahişi ilə müraciət edib. Ali futbol qurumu müraciəti müsbət cavablandırıb. Sentyabrın 26-da yerli federasiya nümayəndələri Krakova gedərək stadionun təyin olunması üçün baxış keçirəcəklər. Bundan sonra matçın Henrik Reyman adına şəhər stadionu və ya "Krakovya stadionu"nda təşkilinə qərar veriləcək.

Qeyd edək ki, Ukrayna - Kosova qarşılaşması oktyabrın 9-da keçiriləcək.