» » » Azərbaycan millisinin qapıçısı bu gün Portuqaliya çempionatında debüt edəcək

Azərbaycan millisinin qapıçısı bu gün Portuqaliya çempionatında debüt edəcək

Azərbaycan millisinin qapıçısı bu gün Portuqaliya çempionatında debüt edəcək
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bu gün Portuqaliyanın "Boavişta" klubunun heyətində ilk oyununa çıxacaq. Bu barədə ucarliyiq.biza 30 yaşlı qolkiperin keçmiş klubu "Sumqayıt"ın meneceri Ceyhun Sultanov məlumat verib.

Sultanovun sözlərinə görə, Ağayev onunla əlaqə saxlayaraq, "Portu" ilə bugünkü Portuqaliya çempionatı matçında adının ilk "11-liy"ə daxil edildiyini bildirib. Təcrübəli qapıçı, həmçinin yığmanın digər üzvü Emin Mahmudovun Portu derbisində "18-liy"ə belə daxil edilmədiyini söyləyib. Bakı vaxtı ilə saat 22:00-da başlanacaq "Portu" - "Boavişta" matçı CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Kamran Ağayev "Boavişta" ilə sentyabrın 12-də azad agent kimi müqavilə bağlayıb. Bundan sonra Ağayev komandasının "Feyrensi" ilə Portuqaliya çempionatı matçında "18-liy"ə belə daxil edilməyib.