» » » Marko van Basten FİFA-nın texniki inkişaf şöbəsinin rəhbəri təyin olunub

Marko van Basten FİFA-nın texniki inkişaf şöbəsinin rəhbəri təyin olunub

Marko van Basten FİFA-nın texniki inkişaf şöbəsinin rəhbəri təyin olunub
Məşhur Hollandiyalı futbolçu və məşqçi Marko van Basten FİFA-nın texniki inkişaf şöbəsinin rəhbəri təyin edilib.

"Rеport-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

Avqustun sonlarında Marko van Basten bildirmisdi ki, FİFA-da işləmək üçün Hollandiya yığma komandasının baş məşqçisi Danni Blindin köməkçisi vəzifəsindən gedəcək.

Marko van Basten indi FİFA-nın mənzil-qərargahında olub və səlahiyyətlərinin icrasına gələn həftədən başlayacaq.