» » » Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinə azərbaycanlı üzv seçilib

Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinə azərbaycanlı üzv seçilib

Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinə azərbaycanlı üzv seçilib
Rusiya Futbol İttifaqı (RFS) İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

ucarliyiq.biz - in məlumatına görə, seçki qurumun növbədənkənar konfransı çərçivəsində gerçəkləşib.

21 üzv arasında Rusiya Mini-Futbol Assosiasiyasının əslən azərbaycanlı prezidenti Emil Əliyev də var. 38 yaşlı funksioner idarəedici orqana ilk dəfə seçilib.

E.Əliyev 1978-ci ildə Bakıda anadan olub. O, 2011-ci ildə Rusiya Federasiya Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasını başa vurub və elə həmin ilin 3 avqustunda Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti seçilib.

Qeyd edək ki, İcraiyyə Komitəsinə sədri RFS-ə yenidən prezident seçilən Vitali Mutko olacaq. Nikita Simonyan I vitse-prezident, Sergey Pryadkin və Anatoli Turçak vitse-prezident, Aleksandr Mirzoyan V.Mutkonun müşaviri vəzifəsində çalışacaq. Əvvəllər RFS İcraiyyə Komitəsinin tərkibinə 33 nəfər daxil idi.