» » » Ramil Şeydayevin klubu Türkiyə Superliqasında qələbə qazanıb

Ramil Şeydayevin klubu Türkiyə Superliqasında qələbə qazanıb

Ramil Şeydayevin klubu Türkiyə Superliqasında qələbə qazanıb
Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" klubu Türkiyə Superliqasının 5-ci turunda qələbə qazanıb.

ucarliyiq.biz xəbər verir ki, 1:0 hesabı ilə başa çatan oyunda rəqib "Konyaspor" olub.

Matçda yeganə qolu oyuna əlavə olunmuş 5-ci dəqiqədə (90+5) Yusif Ərdoğan vurub. Ramil Şeydayev heyətdə yer almayıb.

"Trabzonspor" qələbə sayəsində xallarının sayını 6-ya çatdıraraq 10-cu pilləyə yüksəlib.