» » » İtaliya çempionatı: "Yuventus" "Palermo"nu minimal hesabla məğlub edib - VİDEO

İtaliya çempionatı: "Yuventus" "Palermo"nu minimal hesabla məğlub edib - VİDEO

İtaliya çempionatı: "Yuventus" "Palermo"nu minimal hesabla məğlub edib - VİDEO

Futbol üzrə İtaliya "A" Seriyasında 6-cı turun növbəti iki qarşılaşması keçirilib.


ucarliyiq.biz xəbər verir ki, Palermo şəhərinin "Rentso Barbera" stadionunda eyniadlı klubla "Yuventus" arasında baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Oyunda yeganə qol ikinci hissədə Dani Alveşin uzaqdan vurduğu zərbədən sonra qeydə alınıb. Zərbə zamanı top rəqib futbolçu Edoardo Qoldaniqanın ayağına dəyərək tora daxil olub.


Bu qələbə sayəsində Turin klubu turnir cədvəlinin 1-ci pilləsində möhkəmlənib (15 xal) və ikinci yerdə qərarlaşan "Napoli"dən 1 xal qabaqdadır. Palermo 5 xalla 16-cı yerdədir.


"Palermo" – "Yuventus" - 0:1


Qol: Qoldaniqa, 49 (avtoqol)

Digər oyunda "Napoli" doğma "San-Paolo" stadionunda "Kyevo"nu qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb.


Oyunda hər iki qol birinci hissədə vurulub.


"Napoli" – "Kyevo" - 2:0


Qollar: Qabbyadini, 24, Hamşik, 39