» » » Futzal üzrə dünya çempionatının ilk yarımfinalçıları müəyyənləşib

Futzal üzrə dünya çempionatının ilk yarımfinalçıları müəyyənləşib

Futzal üzrə dünya çempionatının ilk yarımfinalçıları müəyyənləşib
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında yarımfinal mərhələsinə yüksələn ilk 2 komandanın adı müəyyənləşib.

ucarliyiq.biz - in məlumatına görə, bunlar İran və Rusiya yığmalarıdır.

Turnirin 1/4 finalında İran Paraqvayı əlavə vaxtda vurduğu qol ilə məğlub edib - 4:3. Rusiya isə İspaniyadan üstün olub - 6:2. Beləliklə, sentyabrın 28-də gecə saat 04:00-da başlanacaq ilk yarımfinal görüşündə İran Rusiya ilə üz-üzə gələcək.

Daha iki yarımfinalçı bu gecə müəyyənləşəcək. Saat 00:30-da Argentina Misirlə, saat 03:00-da Azərbaycan Portuqaliya ilə üz-üzə gələcək.