» » » "Qəbələ" "Zirə"ni məğlub edərək liderliyi özünə qaytarıb

"Qəbələ" "Zirə"ni məğlub edərək liderliyi özünə qaytarıb

"Qəbələ" "Zirə"ni məğlub edərək liderliyi özünə qaytarıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

ucarliyiq.biz - in məlumatına görə, "Qəbələ" səfərdə "Zirə"ni üstələməyi bacarıb. Hər iki qolu yayda transfer edilmiş Teo Uiks vurub. O, 19-cu və 76-cı dəqiqələrdə fərqlənib.

Beləliklə, xallarını 16-ya çatdıran "Qəbələ" yenidən liderliyi ələ keçirib. 13 xala malik "Qarabağ" 3-cü pilləyə enib və açılış oyununda səfərdə AZAL-ı 3:1 hesabı ilə məğlub etmiş "İnter"dən 1 xal geri düşüb.

"Kəpəz" 7 xalla 4-cü, "Zirə" 6 xalla 5-ci pillədə qalıb.

Azərbaycan Premyer Liqası, VI tur

25 sentyabr

15:30. "Kəpəz" - "Qarabağ" - 1:1

Qollar: Dario Federiko, 54 - Reynaldo Silva, 75

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə şəhər stadionu

18:00. "Zirə" - "Qəbələ" - 0:2

Qollar: Teo Uiks, 19; 76

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şaiq Həmidov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun son oyunu sentyabrın 27-də keçiriləcək. Saat 19:00-da "Neftçi" "Əlincə Arena"da "Sumqayıt"ı qəbul edəcək.