» » » "Qarabağ"ın Avropa Liqasındakı növbəti rəqibi İtaliya çempionatında xal itirib

"Qarabağ"ın Avropa Liqasındakı növbəti rəqibi İtaliya çempionatında xal itirib

"Qarabağ"ın Avropa Liqasındakı növbəti rəqibi İtaliya çempionatında xal itirib
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Fiorentina" İtaliya A Seriyasında növbəti matçına çıxıb.

ucarliyiq.biz - in məlumatına görə, VI turun qarşılaşmasında rəqib "İnter" olub.

Florensiyadakı "Artemio Franki" stadionunda keçirilən qarşılaşma qolsuz tamamlanıb - 0:0. 70-ci dəqiqədə "bənövşəyilər" penaltidən yararlana bilməyib. Yosip İliçiçin zərbəsi dəqiq olmayıb. Bu nəticədən sonra "Milan" 10 xalla 4 - 8-ci, "Fiorentina" 8 xalla 10 - 12-ci yerləri bölüşür. Amma florensiyalıların ehtiyatda təxirə salınmış bir oyunu var.

Qeyd edək ki, sentyabrın 29-da keçiriləcək "Fiorentina" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.