» » » Azərbaycan futzal yığması dünya çempionatına çıxışını başa vurub

Azərbaycan futzal yığması dünya çempionatına çıxışını başa vurub

Azərbaycan futzal yığması dünya çempionatına çıxışını başa vurub
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında bu gün Azərbaycan milli komandası 1/4 final görüşünə çıxıb.

ucarliyiq.biz - in məlumatına görə, rəqib Portuqaliya yığması olub.

Bakı vaxtı ilə gecə saat 3:00-da başlanan qarşılaşma Lima şəhərində təşkil olunub. Oyun maraqlı, gərgin mübarizə şəraitində keçib. Millimiz hesabda geridə düşsə də, tezliklə tarazlığı bərpa etməyə müvəffəq olub. Ancaq bunadn sonra 2 top buraxan Azərbaycan yığması çətin vəziyyətə düşüb. Futzalçılardaımız bu qollardan birini əvəzini çıxsa da, məğlubiyyətdən xilas ola bilməyiblər.

Bununla da 2:3 hesabı ilə uduzan Azərbaycan yığması debüt etdiyi dünya çempionatının final mərhələsində mübarizəni 1/4 finalda dayandırıb.

Xatırladaq ki, millimiz bu oyuna 3 ciddi itki ilə çıxmışdı. Qapıçı Rövşən Hüseynli, eləcə də braziliyalı legionerlər Vassura və Fineo sarı vərəqə cəzalısı olduqları üçün oynamayıblar.

Qeyd edək ki, yığmamız qrup mərhələsində Mərakeşə 5:0 hesabı ilə qalib gəldikdən sonra İspaniyaya 2:4 hesabı ilə uduzub, İranla 3:3 hesablı heç-heçəyə nail olub və F qrupunda 4 xalla 2-ci yeri tutub. 1/8 finalda isə Miltinyonun baş məşqçi olduğu komanda əlavə vaxtda Taylandı mübarizədən kənarlaşdırıb - 13:8.

Portuqaliya isə Kolumbiya ilə 1:1 hesablı heç-heçədən sonra Panamaya 9:0, Özbəkistana 5:1 hesablı qələbədən sonra 7 xalla A qrupunun lideri kimi mərhələ adlayıb. 1/8 finalda bu komanda Kosta Rikanı da üstələyib - 4:0.

Dünya çempionatı, 1/4 final

26 sentyabr

03:00: Azərbaycan - Portuqaliya - 2:3 (İKİNCİ HİSSƏ)

Qollar: Tyaqo Bolinha, 13, Eduardo, 35 - Djo, 8, Joao Matos, 18, Rikardinyo, 28

Azərbaycan: 1. Emin Kürdov, 3. Tyaqo Bolinha, 6. Eduardo, 9. Fabio Poletto, 13. Qallo

Ehtiyat oyunçular: 2. Elnur Zamanlı, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 14. Vitali Borisov

Baş məşqçi: Miltinyo

Portuqaliya: 1. Bebe, 3. Bruno Koelho, 7. Kardinal, 9. Joao Matos, 10. Rikardinyo (k)

Ehtiyat oyunçular: 12. Vitor Huqo, 14. Kristiano, 2. Andre, 4. Migel Kastro, 5. Fabio Cecilio, 6. Pedro Kari, 8. Djo, 11. Re, 13. Tyaqo Brito

Baş məşqçi: Jorje Braz

Hakimlər: Serxio Karrera (Kuba), Jose Katemo (Anqola), Xalid Hniş (Mərakeş)

Kali, "Coliseo el Pueblo".