» » » "Qəbələ" - "Maynts" matçının hakimləri açıqlanıb

"Qəbələ" - "Maynts" matçının hakimləri açıqlanıb

"Qəbələ" - "Maynts" matçının hakimləri açıqlanıb
Avropa Liqasının qrup mərhələsində "Qəbələ" və Almaniya "Maynts"ı arasında keçiriləcək II turun oyununa bütün təyinatlar açıqlanıb. ucarliyiq.biz - in məlumatına görə, sentyabrın 29-da Bakıda təşkil olunacaq qarşılaşma litvalı hakimlərə tapşırılıb.

Avropa Liqası, II tur

29 sentyabr

"Qəbələ" (Azərbaycan) - "Maynts" (Almaniya)

Baş hakim: Gediminas Majeyka

Yan xətt hakimləri: Vyautas Şimkus, Vıtenis Kazlauskas

Əlavə köməkçi hakimlər: Sergey Sliva, Yuri Paskovski

Dördüncü hakim: Vladimir Gerasimov (hamısı Litva)
Hakim-inspektor: Levan Paniashvili (Gürcüstan)
UEFA nümayəndəsi: Yevgeni Vesterink (Hollandiya)