» » » Azərbaycan karateçiləri Premyer Liqada 6 medal qazanıb

Azərbaycan karateçiləri Premyer Liqada 6 medal qazanıb

Azərbaycan karateçiləri Premyer Liqada 6 medal qazanıb
Azərbaycan karateçiləri Almaniyanın Hamburq şəhərində Dünya Karate Federasiyasının (WKF) növbəti Premyer Liqa turnirində 6 medala sahib olublar. Federasiyanın Media və İctimaiyyətlə işlər katibliyindən ucarliyiq.biza verilən məlumata görə, 2 qızl, 1 gümüş və 3 bürünc medal qazanan yığma 72 ölkə arasında 4-cü nəticə göstərib.

7 görüş keçirən Asiman Qurbanlı (+84 kq) ilə 6 rəqibini məğlub edən İrina Zaretska (68 kq) nüfuzlu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Firdovsi Fərzəliyev (60 kq) ikinci, Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq) və Nuranə Əliyeva (50 kq) bürünc medal qazanıb.

Azərbaycan Karate Federasiyasının I vitse-prezidenti Rəhman Hətəmovun rəhbərlik etdiyi nümayəndə heyətində milli komandanın məşqçilərindən Seymur Hüseynov, yarışı idarə etmək üçün beynəlxalq hakimlərdən federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayev və vitse-prezident Yusif Məmmədov da yer alıb.