» » » "Qəbələ" - "Maynts" oyununun biletləri satışa çıxarılıb

"Qəbələ" - "Maynts" oyununun biletləri satışa çıxarılıb

"Qəbələ" - "Maynts" oyununun biletləri satışa çıxarılıb
Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qəbələ" ilə Almaniya "Maynts"ı arasında Bakıda keçiriləcək oyunun biletləri satışa çıxarılıb.

ucarliyiq.biz - in məlumatına görə, biletləri bu gündən Tofiq Bəhramov adına Respublika stadionunun və oyunun keçiriləcəyi "Bakcell Arena"nın kassalarından almaq mümkündür.

Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, sentyabrın 29-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Maynts" matçı saat 19:00-da başlayacaq.